“Arsenal” futbolçusu Vilyam Salibanı icarəyə verib.
Qol.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Fransanının “Nitsa” klubuna keçib. Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Saliba iyula qədər Liqa 1 klubunda çıxış edəcək.
Qeyd edək ki, fransız müdafiəçi 2019-cu ilin yayında “Sent-Etyen”dən 30 milyon avro qarşılığında “Arsenal”a keçib.