“Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Bakıda “Çelsi”yə qarşı keçiriləcək Avropa Liqasının final matçında oynamayacaq.
Qol.az-ın məlumatına görə, bu barədə “The Times” nəşri yazıb. Bildirilir ki, klub təhlükəsizlik səbəbindən onu Londonda saxlayacaq.
Klub rəhbərliyi hesab edir ki, erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə yaranacaq səs-küy komandaya vacib oyun öncəsi mənfi təsir edə bilər.
Qeyd edək ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət vermişdi.