Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) 2 500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi “Abşeron Erkən Hasilat Platforma Kompleksi”nin üst tikilərinin “Abşeron” yatağına nəqli və dayaq blokunun üzərində quraşdırılması əməliyyatlarına cəlb olunub.
Bu barədə Milletinsesi.az-a ASCO-dan məlumat verilib.
Bu məqsədlə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda hazırlanan üç ədəd üst tikilinin ikisi – “AMO-2” və “AMO-1” modulları kran gəmisinin köməkliyi ilə barjalara yerləşdirilib. “AMO-3” modulu isə “Azərbaycan” kran gəmisinin öz göyərtəsinə yüklənib.
Üst tikililər “Abşeron” yatağına çatdırıldıqdan sonra “Azərbaycan” kran gəmisi burada onların dayaq blokunun üzərində quraşdırılmasında iştirak edəcək.