Kanberra və Cənubi Avstraliya universitetlərinin alimləri sevgi hissinin insan fiziologiyasına və psixologiyasına təsir dərəcəsini müəyyən edə biliblər. Tədqiqat Behavioral Sciences beynəlxalq elmi jurnalında dərc olunub.
Moderator.az xarici mediaya istinadən məlumatına görə, alimlər müəyyən ediblər ki, davranış aktivləşdirmə sistemi kişi yaxud qadının bədənində aktivləşir. Onun köməyi ilə beyin və şüur pərəstiş ya da sevgi obyektini mərkəzə qoyur. Bu duyğular silsiləsində son məqsəd həzzin ən yüksək forması kimi seksdir.
Aşiq olmaq beyində bəzi kimyəvi dəyişikliklərə də səbəb olur. Oksitosin və dopamin hormonları romantik düşüncə, eləcə də hissləri təhrik edir. Bu zaman bədən müsbət emosiyalar alır və bu vəziyyətdə daha uzun müddət qalmaq istəyir.
Bütün bu proseslər ümumi rifahın yaxşılaşmasına gətirib çıxarır və orqanların fəaliyyətinə müsbət təsir göstərir. Tədqiqatçılar belə qənaətə gəliblər.