AŞPA sədrindən sülh razılaşması barədə açıqlama

AŞPA sədrindən sülh razılaşması barədə açıqlama

Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edirəm.

Millətin Səsi.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, Vaşinqtonda ABŞ-ın himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayır:

“AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır”.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.

Share: