Astarada 1 nəfər dənizdə batıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 7 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Milletinsesi.az xəbər verir ki, bu barədə  FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Share: