Astarada çayda batan şəxsin meyiti tapılıb

Noyabrın 22-də Pensər çayının Astara rayonunun Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, İ.Qulamovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Share: