![](https://milletinsesi.az/wp-content/uploads/2020/02/ov-tufengi.jpg)
Münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşına xəsarət yetirmiş Astara rayon sakini H.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, iyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.
C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb, ondan müvafiq sənədləri olan İJ-58 markalı ov tüfəngi götürülüb.