Astarada yeniyetmə bıçaqlanıb.
Astara rayon sakini 2005-ci il təvəllüdlü Z.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Şabanzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (report.az)