Krım astronomu Gennadiy Borisov ulduzlararası komet ola biləcək ilk yeni obyekt kəşf edib.
Trend-in məlumatına görə, Borisovun və bəzi astronomların hesablamalarına əsasən, yeni obyektin orbiti inanılmaz dərəcədə yüksək ekssentrisitetə – 3-ə bərabər olması, onu ekssentrisiteti 1,2-ə bərabər olan ulduzlararası Oumuamua asteroidindən daha da təəccüblü edir. Kiçik Planetlər Mərkəzi tərəfindən yeni kometin kəşfi rəsmi olaraq qəbul edilənə qədər bir çox astronomlar mövcud hesablamaların doğru olmasına şübhə edirdilər. Müvəqqəti olaraq gb00234 kimi təyinat almış komet haqqında məlumat Kiçik Kometlər Mərkəzinin saytında artıq mövcuddur. Günəş sisteminin digər cisimləri kimi, kometlər bir qayda olaraq, 1-dən az eksentrisitetə malik elliptik orbitlərdə hərəkət edirlər. Günəş ətrafında kometlərin dolanma periodu yüz illərlə ola bilər, lakin bütün kometlər gec-tez qayıdırlar.
Hiperbolik orbitləri olan onlarla kometlər mövcuddur ki, ekssentrisitetləri vahiddən 1%-dək fərqlənir. Lakin onları ulduzlararası komet hesab etmək olmaz. Hərçənd, ekssentrisitetlərin belə qiymətləri ölçmə xətaları və ya nəhəng planetlərin cazibə qüvvəsi təsiri ilə də əlaqədar ola bilər.
İndiyədək məlun olan yeganə ulduzlararası obyekt – 18 oktyabr 2018-ci ildə kəşf edilmiş, trayektoriyasının ekssentrisiteti 1,2-yə yaxın olan açıq hiperbolik trayektoriya boyunca saniyədə 26 kilometr sürətlə hərəkət edən asteroid “Oumuamua”dır. Ekssentrikliyin vahiddən bir belə fərqlənməsi obyektin planet sistemimizin xaricindən gəldiyini və hazırda isə onu tərk etdiyini göstərir.
Avqustun 30-da Krım Astrofizika Rəsədxanasının əməkdaşı, astronom Gennadi Borisov tərəfindən yeni potensial ulduzlararası obyekt aşkar edilib. Onun və digər astronomların apardığı müşahidələrə əsaslanan hesablamalara görə bu obyektin ekssentrisiteti inanılmaz dərəcədə böyükdür və təxminən 3-ə bərabərdir. Bundan əvvəl belə ekssenktrisitetə malik göy cismi aşkar edilməmişdir. Bu onu göstərir ki, obyekt ulduzlar arası fəzadan Günəş sisteminə düşüb.