Bu gün Vyanada ATƏT PA-nın qış sesiyasının ümumi komitələrinin birgə iclasında çıxış edən Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Azay Quliyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qəti şəkildə pisləyən ATƏT üzvlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT PA-nın prezidenti Sederfeltə təşəkkür edib.
Modern.az-ın məlumatına görə, Azay Quliyev bildirib ki, İran Azərbaycan səfirliyinə ölümlə nəticələnən terror hücumuna görə birbaşa məsuliyyət daşıyır.
Azərbaycan teror aktını hazırlayan və törədənlərin qısa müddətdə ədalət mühakiməsinə cəlb olunmasını və cəzalanmasını gözləyir deyə deputatımız fikrini yekunlaşdırıb.