ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Azərbaycanda səfərdədir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri Azərbaycanda səfərdədir.

Müşahidəçilərdən ibarət nümayəndə heyətinə DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri, səfir Piter Tecler rəhbərlik edir.

Səfərin məqsədi DTİHB müşahidəçilərindən ibarət missiyanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindəki rolu və planlaşdırılan fəaliyyəti ilə bağlı məlumat verməkdir. (APA)

Share: