Fransanın xarici işlər naziri Ketrin Kolonna və ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, məlumatı Fransa tərəfi yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşma barədə fikir mübadiləsi aparılıb.
Nazirlər ATƏT missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.