ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Moldovaya səfər edəcək.
Modern.az xəbər verir ki, ATƏT sədri fevralın 13-14-də Moldovada səfərdə olacaq.
“Növbəti iki gün ərzində Moldovaya səfər etməyi səbirsizliklə gözləyirəm. Ölkənin üzləşdiyi problemləri müzakirə etmək, sülh və sabitliyi təşviq etmək imkanlarını araşdırmaq üçün siyasi və icma liderləri ilə mühüm görüşlər keçirəcəyəm”, – Osmani bildirib.