Atası azərbaycanlı olan rus yazıçı dəfn edildi 

Atası azərbaycanlı olan rus yazıçı dəfn edildi 

Yazıçı Eduard Bağırovun Rusiyanın Nijni Novqorod vilayətindəki Qrotsi kənd qəbiristanlığında dəfn edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

 

Məlumata görə, o, ana tərəfdən qohumlarının yanında dəfn edilib.

 

Eduard Bağırov 48 yaşında Moskvada dünyasını dəyişib. Yazıçı 1975-ci ildə Türkmənistanda anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. Bağırov “Qonaq işçisi”, “Aşiqlər” və “İdealist” romanlarının müəllifi, kino yazıçısı və siyasi məsləhətçi kimi tanınır. 

 

2002-ci ildə Eduard Bağırov yazıçı Sergey Minayevlə birlikdə “litprom.ru” ədəbiyyat portalını təsis edib və 2005-ci ildən onun baş redaktoru olub.

 

Bağırov 2012-ci il seçkilərində Vladimir Putinin rəsmi nümayəndəsi olub, həmçinin 2016-cı ildə Rusiya vətənpərvərləri partiyasından Dövlət Dumasına namizədliyini irəli sürüb. 

Mənbə

Share: