Atlantik okeanda tropik fırtınası yaranıb

Atlantik okeanda tropik fırtınası yaranıb

Atlantik okeanda “Rene” tropik fırtınası yaranıb.

Bu barədə ABŞ Milli Qasırğa İzləmə Mərkəzi bildirib.

Məlumata əsasən, tropik fırtına daxilində əsən küləyin sürəti 18 m/s-ə çatır. Fırtına Afrika sahillərindən 600 km məsafədə yerləşən Kabo-Verde dövlətindən təxminən 180 km şərqdə yerləşir.

Bazar ertəsi axşamı və çərşənbə axşamı səhər saatlarında Kabo-Verdeyə güclü yağış və fırtına küləklərinin əsəcəyi gözlənilir./trend

Share: