“Atletiko”nun müdafiəçisi millimizə qarşı oynamayacaq

Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Monteneqro yığması ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Madrid “Atletiko”sunda çıxış edən Stefan Saviç cəzalı duruma düşüb.

Komandanın kapitanı C liqasının 1-ci qrupunun ilk iki turunda Kipr (2:0) və Lüksemburqla (1:0) matçlarda sarı vərəqə alıb. Bu səbəbdən 29 yaşlı müdafiəçi 3-cü turda Azərbaycanla matçı buraxacaq.

Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.

Share: