Azərbaycan Tibb Universitetində (ATU) yenidən koronavirusa yoluxma aşkarlanıb.
Milletinsesi.az Oxu.az-a istinadən xəbər verir ki, universitetin Müalicə işi fakültəsinin bir neçə qrupunda müəllim və tələbələr arasında koronovariusa yoluxma halları aşkarlanıb. Bu səbəbdən bir neçə qrup distant təhsilə keçirilib.
Məlumatı ATU-nun mətbuat xidmətindən təsdiq ediblər. Bildirilib ki, mövcud vəziyyətlə distant təhsilə bağlanan qrupların ümumi sayı hələlik məlum deyil.