ATU-da şəhidlərin xatirəsi yad edilib

Bu gün bütün Azərbaycan xalqımız müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi, professor-müəllim heyəti də bu haqq savaşında iştirak edərək müqəddəs həkim peşələrini yerinə yetirərkən qəhrəmancasına həlak olan şəhid məzunların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.

 

ATU kollektivi abidənin önünə təzə gül dəstələri, əklil qoyaraq şəhidlərimizi yad ediblər, onlara Allahdan rəhmət diləyiblər.

 

Sonra mərasim iştirakçıları ATU tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

 

Bu gün Anım Günü ilə əlaqədar olaraq saat 12:00-da ATU-nun bütün tədris binalarında, auditoriyalarda, mühazirələr və məşğələlərdə şəhidlərimizin xatirəsinı anmaq məqsədilə 1 dəqiqəlik sükut elan edilib. Universitet üzrə keçirilən dərslərdə də Vətən müharibəsi ilə bağlı müzakirələr aparılıb, şəhidlərimizin ruhu yad edilib.

 

Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Mənbə

Share: