“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub”.
Bunu Redaktor.az-a açıqlamasında ATU-nun mətbuat kabiti Günel Aslanova deyib.
O bildirib ki, həkimlərdən 27 nəfərin müalicəsi hazırda davam etdirilir: “6 nəfər evə buraxılıb. Onlardan 21-i reanimasiya şöbəsinin həkimidir. Hazırda müalicə alanlardan 6-nın vəziyyəti ağır, 15-i orta-ağır, digər 6 nəfərin isə vəziyyəti yüngüldür. Onlar öz həkimlərimiz tərəfindən müallicə olunurlar”. //APA