Avaralığa görə cərimə var – FOTO

Avaralığa görə cərimə var – FOTO

Aparıcı Aytən Səfərova paylaşımı ilə gündəmə gəlib.

 

Millətin Səsi.az xəbər verir ki, aparıcı vətəndaşın ona göndərdiyi mesajı yayımlayıb. Mesajda bildirilir ki, vətəndaş avaraçılığa görə 20 manat cərimə ödəməlidir.

 

Jurnalist bunu araşdırdıqlarını və həqiqətən də inzibati xətalar məcəlləsində belə maddə olduğunun vurğulayıb:

 

“Bu günü də gördük: bizə mesaj gəlib ki, insana avarılığa görə 20 manat cərimə yazılıb. Düşündük ki, dələduzluqdur. Bəzən insanın haqqını bilməməsindən istifadə edirlər. Amma bizim İnzibati Xətalar Məcəlləsində “avaralıq” maddəsi var. İnsan ailəlidir, uşağı da var. Rəsmi işi yoxdur. Hansısa sexdə çalışır. Amma ona avaralığa görə 20 manat cərimə ödəməlisiniz deyilir. Bu gün nə qədər gənc, insan iş tapa bilmir. Evdə oturmaqdansa, çıxıb bir az gəzib hava alsın. Düzdür, min fikir borcu ödəmir. Amma təsəvvür edin insana belə cərimə gəlir. İnsana sən avarasan deyə, cərimə ödəməlisən deyirlər. Yaxşı, avaradır, 20 manatı haradan alsın? 20 manatı qazanmaq imkanı olsa, adam avaraçılıq edər?”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə avaralıqla məşğul olma-yəni davamlı olaraq dilənçilik və ya buna bənzər “həyat tərzi” ilə dolanma-inzibati xəta sayılır və ona görə cərimə və digər tədbirlər tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində bununla bağlı qeyd var: 

– Avaralıqla məşğul olmağa görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə – əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

Sfera.az

 

Share: