Avro-2020-də Bakıya gələcək qonaq sayı açıqlandı

Bu il keçiriləcək Avropa çempionatı ilə əlaqədar Bakıya 200 min xarici qonağın gələcəyi gözlənilir.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti – baş katibi Elxan Məmmədov “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə çıxışı zamanı deyib.

O, Avro-2020-nin A qrupunda yer alan Türkiyə, Uels və İsveçrə millilərinin baza kimi Bakını seçdiyini söyləyib. E.Məmmədovun sözlərin görə, bu isə hər üç komandanın ən azı 10 gün Azərbaycan paytaxtında qalacağı deməkdir.

Share: