Avro-2024-ün seçmə mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlayacaq

Avro-2024-ün seçmə mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlayacaq

2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oktyabrın 17-də keçiriləcək seçmə oyunları Brüsseldə atışma qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Mətbuat Xidməti məlumat yayıb.

“Bu gecə Avro-2024-ün seçmə mərhələsinin bütün matçlarında dünən Belçika – İsveç matçı öncəsi Brüsseldə baş vermiş terror aktının iki qurbanının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, oktyabrın 16-da Brüsseldə futbol üzrə İsveç milli komandasının iki azarkeşi güllələnib. Belçika və İsveç komandaları arasında Brüsselin Kral Boduen stadionunda baş tutan görüş birinci hissədən sonra 1:1 hesabı ilə dayandırılıb. Fasilə zamanı baş verənlərdən xəbər tutan isveçli futbolçular ikinci hissədə oynamaqdan imtina edib, daha sonra UEFA-nın Mətbuat Xidməti matçın ləğv edildiyini bildirib. Oktyabrın 17-də Belçika Federal Böhran Mərkəzi bildirib ki, azarkeşləri güllələyən şəxs həbs olunarkən öldürülüb.

Mənbə: TASS

Mənbə

Share: