Bakıda keçiriləcək Avropa Liqasının finalının büdcəsi təxminən 7 milyon dollardır.
Milletinsesi.az “RIA Novosti”yə istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov rusiyalı jurnalistlərə açıqlamasında deyib.
“Avropa Liqasının finalına hazırlıq işlərinə gəlincə, təxminən 7 milyon dollarlıq büdcəmiz var. Əminəm ki, bu məbləğ tədbiri xərclərinə kifayət edəcək” – deyə Məmmədov bildirib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.