
Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də Aİ diplomatik xidməti ABŞ dövlət katibi Marko Rubioya avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlamaq niyyətləri barədə məlumat verib.
Millətin Səsi.az Axios mənbələrinə istinadən xəbər verir ki, Avropa ölkələri bu hərəkət vasitəsilə Tehrana iqtisadi təzyiqi artırmağa ümid edir. Bu da çox güman ki, İranın cavab tədbirləri görməsinə səbəb olacaq. Dövlət Departamenti TASS-ın məsələ ilə bağlı təsdiq və şərh tələbinə hələ cavab verməyib.
Daha əvvəl Reuters xəbər vermişdi ki, Avropa üçlüyü ölkələri Tehranın nüvə proqramı üzrə danışıqların nəticəsiz qalması səbəbindən avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər. Xəbər agentliyi bildirir ki, Avropa üçlüyü yaxın vaxtlarda qərarını BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə bildirmək niyyətindədir. Bundan 30 gün sonra İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bərpa olunacaq.