Avropa İttifaqı Ermənistana mandatı 2 illik olan yeni missiya göndərəcək

Avropa İttifaqı Ermənistana mandatı 2 illik olan yeni missiya göndərəcək

Avropa İttifaqı (Aİ) Ermənistana yeni missiya göndərəcək.

 

Bu barədə diplomatik mənbələrdən bildirilib.

 

Qeyd olunub ki, bu dəfəki missiyanın müddətinin 2 ay yox, 2 il olması nəzərdə tutulub.

 

Məlumata görə, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib. Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi layihəni bəyənib.

 

Bildirilib ki, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın tərkibində təmsil olunacaq.

 

Qeyd edək ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib.

Mənbə

Share: