
“Rəqəmsal xidmətlər haqqında qanun KİV azadlığı və əsas hüquqlara hörmət edilməsini tələb edir…”
“Xalq öz sözünü deyib. Mənim yerimi açıqlayan uçot qeydlər blokdan çıxarılıb…”
Avropa İttifaqı amerikalı biznesmen İlon Maskın bu yaxınlarda əldə etdiyi “Twitter”dəki siyasətindən narazıdır.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın “NTV” nəşri məlumat yayıb.
Avropa Komissiyası rəhbərinin müavini Vera Yurova hətta sosial şəbəkəyə qarşı cəza tədbirləri görüləcəyi ilə təhdid edib. Buna səbəb amerikalı jurnalistlərin akkauntlarının bloklanması olub.
“Rəqəmsal xidmətlər haqqında qanun KİV azadlığı və əsas hüquqlara hörmət edilməsini tələb edir. Bu, bizim KİV azadlığı haqqında Qanunumuzla möhkəmlənir. İlon Mask bunu bilməlidir. Burada “qırmızı xətlər” keçir. Tezliklə sanksiyalar mümkündür”, – Yurova məlumat verib
Bundan öncə “Twitter” Amerikanın aparıcı KİV-lərinin reportyorlarının səhifələrinə çıxışı bağlayıb. Onların arasında CNN telekanalı, “The Washington Post” və “The New York Times” qəzetləri də var.
Mask bloklanmanı onunla izah edib ki, jurnalistlər onun yerləşməsini gerçək zamanda dərc edib, bu isə “faktiki olaraq qətl üçün kpoordinatların verilməsidir” və sosial şəbəkə “qaydalarının aşkar pozulmasıdır”.
Lakin Avropa komissarı tərəfindən təhdidlərdən sonra biznesmen jurnalistlərin akkauntlarını blokdan çıxarıb. “Xalq öz sözünü deyib. Mənim yerimi açıqlayan uçot qeydlər blokdan çıxarılıb”, – Mask məlumat verib.
Sahibkar sosial şəbəkəni oktyabrın sonunda alıb. Sövdələşmənin bitməsi ərəfəsində Mask yazıb ki, “Twitter” ən müxtəlif əqidə sahibləri olan maksimal sayda insanların dürüst forumuna çevrilməlidir.
Şirkətin alınmasını o, “Azad quş” ifadəsi ilə şərh edib. Sahibkar həmçinin bəyan edib ki, sosial şəbəkəni pullar naminə deyil, çox sevdiyi “bəşəriyyətə kömək etmək” üçün almaq qərarına gəlib.
Noyabr ayında Mask ABŞ-ın 45-ci prezudenti Donald Trampın akkauntunu blokdan çıxarıb və “Twitter”də ümumi “amnistiya” vəd edib.