Avropa İttifaqı Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünün icrasını dərhal bərpa etməyə çağırıb.
Modern.az “Kommersant”a istinadən xəbər verir ki, müvafiq bəyanat Aİ-nin Rusiya Federasiyasındakı nümayəndəliyinin saytında dərc olunub.
Sənəddə vurğulanıb ki, Avropa İttifaqı Moskvanın taxıl müqaviləsini ləğv etmək qərarını pisləyir.
Bəyanatda deyilir: “Razılaşmalara xitam verməklə Rusiya təkbaşına Ukraynadan ən mühüm ixrac marşrutlarından birini bağlayır və bütün dünyada taxıl tədarükünün pozulmasına və qlobal miqyasda ərzaq qiymətlərinin artmasına görə məsuliyyət daşıyır”.