Ermənistan Baş naziri Nikol Paşinyan Norveçin xarici işlər naziri Anniken Hütfeldt ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Paşinyan görüş zamanı bildirib ki, Avropa İttifaqının (Aİ) müşahidə missiyası artıq Ermənistandadır, ATƏT-in monitorinq missiyasının Ermənistana göndərilməsi məsələsi də müzakirə olunur.
Görüş zamanı tərəflər regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Akif İsmayılov