“Avropa Kubokundakı təcrübə cüdoçularımızın gələcək karyeralarına müsbət təsir edəcək”

“Avropa Kubokundakı təcrübə cüdoçularımızın gələcək karyeralarına müsbət təsir edəcək”

“Avropa Kubokundakı təcrübə cüdoçularımızın gələcək karyeralarına müsbət təsir edəcək”.

Bunu  Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov Göygöldə keçirilən yeniyetmələr arasında Avropa Kuboku ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi turnirin vacibliyini vurğulayıb: “Bizim üçün çox önəmli və gözəl yarışdır. Azərbaycan tarixində birinci dəfədir ki, yeniyetmələrin Avropa Kubokuna ev sahibliyi edir. Turnirin ölkəmizin gözəl bölgəsi olan Göygöldə təşkili ikiqat vacibdir”.

Onun fikrincə, Avropa Kuboku azərbaycanlı idmançıların təcrübə toplamalarına xidmət edəcək: “Azərbaycan millisinin bu yarışda hər çəki üzrə 10 nəfərədək idmançısının mübarizə aparmaq imkanı var idi. Uşaqlar yaxşı təcrübə toplayırlar. 18 ölkənin cüdoçuları yarışa qatılıblar. Həm də onlar arasında seçim etmək imkanı yaranır. Aralarında ən güclüləri gələcəkdə Avropa və dünya birinciliklərində ölkəmizi təmsil edə biləcəklər”.

N.Bağırov Azərbaycanda istedadlı cüdoçuların çox olduğunu söyləyib: “Sadəcə, onların qarşısına məqsəd qoymaq lazımdır. Uşaqları düzgün istiqamətdə yetişdirmək məşqçilərin bacarıqlarından, təcrübələrindən asılı olacaq. Əsas odur ki, davamiyyətləri qaydasında olsun, növbəti mərhələdə gənclərdən ibarət milliyə düşsünlər. İstedadlı yeniyetmələrin təməlini düzgün qoymaq çox vacibdir ki, gələcəkdə taktiki, texniki, fiziki hazırlıqla bağlı çətinlik çəkməsinlər”.

Avropa və dünya çempionu Qətərin paytaxtı Dohada bu gün start götürən böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin şanslarını da dəyərləndirib: “Dohaya gedən bütün cüdoçularımızdan uğurlu çıxış gözləyirik. Onların hamısı bizim fəxrimizdir. Kimlərdən medal gözləyirəm? Bu sualı cavablandırmaq düzgün olmaz. Onların hamısına inanırıq”.

Mənbə

Share: