Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək Liqa mərhələsi start götürəcək.
QOL.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 9 matç keçiriləcək.
Türkiyə “Qalatasaray”ı öz meydanında PAOK-la (Yunanıstan) qarşılaşacaq. İngiltərə nəhəngi “Mançester Yunayted” “Tvente”ni (Niderland) qəbul edəcək.
İlk turun daha 9 oyunu sentyabrın 26-da keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” sabah səfərdə İngiltərədə “Tottenhem”lə qarşılaşacaq.
25 sentyabr
Avropa Liqası
Liqa mərhələsi
1-ci tur
20:45 “Alkmaar” (Niderland) – “Elfsborq” (İsveç)
20:45 “Bodo-Qlimt” (Norveç) – “Portu” (Portuqaliya)
23:00 “Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan)
23:00 “Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya)
23:00 “Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan)
23:00 “Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Praqa, Çexiya)
23:00 “Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland)
23:00 “Midtyulland” (Danimarka) – “Hoffenhaym” (Almaniya)
23:00 “Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya)
26 sentyabr
20:45.”Fənərbaxça” (Türkiyə) – “Union” (Belçika)
20:45.”Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya)
23:00.”Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə)
23:00.”Roma” (İtaliya) – “Atletik” (İspaniya)
23:00.”Braqa” (Portuqaliya) – “Makkabi” (Təl-Əviv, İsrail)
23:00.”Ayntraxt” (Almaniya) – “Viktoriya” (Çexiya)
23:00.”Styaua” (Rumıniya) – RFS (Latviya)
23:00.”Lion” (Fransa) – “Olimpiakos” (Yunanıstan)
23:00.”Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)