Avropa Liqasında pley-offun cütlükləri

Avropa Liqasında pley-offun cütlükləri

Ötən gecə Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Qol.az xəbər verir ki, keçirilən 30 qarşılaşmadan sonra pley-off mərhələsinin 21 cütlüyü müəyyənləşib.

Bu mərhələnin oyunları avqustun 22-də və 29-a keçiriləcək

Xatırladaq ki, Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubu  ilə qarşılaşacaq.

 

Avropa Liqası

Pley-off mərhələsi

Çempionlar yolu

“Suduva” (Litva) – “Ferensvaroş” (Macarstan)

“Kopenhagen” (Danimarka) – “Riqa” (Latviya)

“Seltik” (Şotlandiya) – AIK (İsveç)

“Ararat” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)

“Ludoqorets” (Bolqarıstan) – “Maribor” (Sloveniya)

“Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya) – PAOK (Yunanıstan)

“Astana” (Qazaxıstan) – BATE (Belarus)

 

Əsas yol

“Torino” (İtaliya) – “Vulverhempton” (İngiltərə)

“Legiya” (Polşa) – “Reyncers” (Şotlandiya)

“Styaua” (Rumıniya) – “Vitoriya” (Portuqaliya)

PSV (Hollandiya) – “Apollon” (Kipr)

AEK (Yunanıstan) – “Trabzonspor” (Türkiyə)

“Feyenoord” (Hollandiya) – “Hapoel” (Beer-Şeva, İsrail)

“Gent” (Belçika) – “Riyeka” (Xorvatiya)

“Espanyol” (İspaniya) – Zarya” (Ukrayna)

“Partizan” (Serbiya) – “Mölde” (Norveç)

“Braqa” (Portuqaliya) – “Spartak” (Moskva, Rusiya)

“Malmö” (İsveç) – “Bney Yehuda” (İsrail)

“Strasburq” (Fransa) – “Ayntraxt” (Almaniya)

“Alkmaar” (Hollandiya) – “Antverpen” (Belçika)

Share: