Avropa Liqasında qrup mərhələsinin püşkü atıldı

Avropa Liqasında qrup mərhələsinin püşkü atıldı

UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Moderator.az xəbər verir ki, Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.

32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan çempionu “Qarabağ” H qrupunda “Bayer 04” (Almaniya), “Molde” (Norveç) və “Hakken”ə (İsveç) rəqib olub.

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya).

B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan).

C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr).

D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa).

E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa).

F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan).

G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə).

H qrupu: “Bayer 04” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Hakken” (İsveç).

Mənbə

Share: