Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarının son günü davam edir.
Modern.az xəbər verir ki, Azərbaycan yığması Polşanın Krakov şəhərində təşkil olunan yarışlarda çıxışını başa vurub.
Ölkəmizi Avropa Oyunlarının ümumilikdə 101 idmançı təmsil edib. Onlar 14 müxtəlif növdə mübarizə aparıb.
Azərbaycan idmançıları Polşada 11 medal qazanıb. Bunlardan 3-ü qızıl, 2-si gümüş, 6-si bürünc əyarlıdır.
Karateçilərimiz 2 qızıl və 1 bürünc, kikboksinq yığmamız 1 qızıl qazanıb. Boksçularımızla taekvondoçularımız hərəyə 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc, əldə edib.
Beş növdə mükafatçılar sırasında təmsil olunan Azərbaycan idmançıları padel, kamandan oxatma, triatlon, badminton, qılıncoynatma, çimərlik futbolu, cüdo, atletikada və atıcılıqda vətənə medalsız dönür.
Qeyd edək ki, Avropa Oyunlarında qitənin 48 ölkəsi təmsil olunub.
Azərbaycan idmançıları Krakov-2023-də:
20 iyun
Lamiyə Vəliyeva (atletika, qadınlar, 400 m) – 3-cü divizionda 5-ci yer
Aleksis Kopello (atletika, kişilər, üçtəkanla tullanma) – 3-cü divizionda 2-ci yer
Cavid Məmmədov (atletika, kişilər, 400 m) – 3-cü divizionda 10-cu yer
Anna Yusupova (atletika, qadınlar, 5000 m) – 3-cü divizionda 5-ci yer
Elman Abışov (atletika, kişilər, 800 m) – 3-cü divizionda 14-cü yer
Anna Skidan (atlatika, qadınlar, çəkicatma) – 3-cü divizionda 1-ci yer
İlahə Quliyeva (atletika, qadınlar, 100 m) – 3-cü divizionda 10-cu yer
Aleksey Əliəkbərov (atletika, kişilər, 100 m) – 3-cü divizionda 11-ci yer
21 iyun
Nərminə Bağırova, Samirə Əliyeva (padel, qadın cütləri) – 1/16 final
Kəsgin Abbaszadə (atletika, kişilər, uzunluğa tullanma) – 3-cü divizionda 8-ci yer
İsmayıl Əliyev (atletika, kişilər, lövhəatma) – 3-cü divizionda 10-cu yer
Anna Yusupova (atletika, qadınlar, 800 m) – 3-cü divizionda 10-cu yer
Elman Abışov (atletika, kişilər, 1500 m) – 3-cü divizionda 11-ci yer
Yekaterina Sarıyeva (atletika, qadınlar, üçtəkanla tullanma) – 3-cü divizionda 1-ci yer
Cavid Məmmədov (atletika, kişilər, 400 m, sədlərlə) – 3-cü divizionda 1-ci yer
Aleksey Əliəkbərov, Əli Abdıyev, Qədir Qurbanov, Kəsgin Abbaszadə (atletika, kişilər, 4×100 m estafet) – 3-cü divizionda 7-ci yer
22 iyun
İlahə Quliyeva (atletika, qadınlar, 200 m) – 3-cü divizionda 10-cu yer
Aleksey Əliəkbərov (atletika, kişilər, 200 m) – 3-cü divizionda 10-cu yer
İsmayıl Əliyev (atletika, kişilər, nüvə itələmə) – 3-cü divizionda 7-ci yer
Fəxriyyə Tağızadə (atletika, qadınlar, uzunluğa tullanma) – 3-cü divizionda 9-cu yer
Elman Abışov (atletika, kişilər, 5000 m) – 3-cü divizionda 12-ci yer
Anna Yusupova (atletika, qadınlar, 1500 m) – 3-cü divizionda 6-cı yer
Cavid Məmmədov, Lamiyə Vəliyeva, Alim Abdiyev və İlahə Quliyeva (atletika, qarışıq estafet, 4×400 m) – 3-cü divizionda 7-ci yer
Əminağa Quliyev (karate, kişilər, 60 kq) – qrup mərhələsini adlaya bilməyib
Tural Ağalarzadə (karate, kişilər, 67 kq) – Qızıl medal
Fidan Teymurova (karate, qadınlar, 50 kq) – qrup mərhələsini adlaya bilməyib
Mədinə Sadıqova (karate, qadınlar, 55 kq) – qrup mərhələsini adlaya bilməyib
Ruslan Lunyov (atıcılıq, kişilər, tapança, 10 m) – təsnifatda 11-ci yer
Nigar Nəsirova (atıcılıq, qadınlar, tapança, 10 m) – təsnifatda 25-ci yer
Nəzrin Abbaslı (atıcılıq, qadınlar, tapança, 10 m) – təsnifatda 35-ci yer
23 iyun
Ümid Rüstəmov (boks, kişilər, 57 kq) – 1/16 finalı adlaya bilməyib
Səyyad Dadaşov (taekvondo, kişilər, 54 kq) – Gümüş medal
Qaşım Maqomedov (taekvondo, kişilər, 58 kq) – Bürünc medal
Minayə Əkbərova (taekvondo, qadınlar, 46 kq) – 5-ci yer
Patimat Abakarova (taekvondo, qadınlar, 46 kq) – 1/8 finalı adlaya bilməyib
İrina Zaretska (karate, qadınlar, 68 kq) – Qızıl medal
Fəridə Əliyeva (karate, qadınlar, 68 kq) – qrup mərhələsini adlaya bilməyib
Fərid Ağayev (karate, kişilər, 75 kq) – qrup mərhələsini adlaya bilməyib
Asiman Qurbanlı (karate, kişilər, 84 kq) – Bürünc medal
Ruslan Lunyov, Nigar Nəsirova (atıcılıq, tapança, 10 m, qarışıq komanda yarışı) – təsnifat mərhələsində 17-ci yer
24 iyun
Cavad Ağayev (Taekvondo, kişilər, 68 kq) – 1/8 finalı adlaya bilməyib
Zeynəb Rəhimova (boks, qadınlar, 54 kq) – 1/16 finalı adlaya bilməyib
Alfonso Dominqes (boks, kişilər, 92 kq) – 1/16 finalı adlaya bilməyib
Nərimə Səmədova, Nigar Nəsirova, Nəzrin Abbaslı (atıcılıq, qadın komandalar, tapança, 10 m) – təsnifatda 9-cu yer
25 iyun
Malik Həsənov (boks, kişilər, 63,5 kq) – 1/8 finalı adlaya bilməyib
Fəridə Əzizova (taekvondo, qadınlar, 67 kq) – 1/8 finalı adlaya bilməyib
Eltac Qafarov (taekvondo, kişilər, 74 kq) – 1/4 finalı adlaya bilməyib
Saleh Məmmədov (qılıncoynatma, kişilər, sablya) – 1/32 finalı adlaya bilməyib
Murad Əkbərov (qılıncoynatma, kişilər, sablya) – 1/32 finalı adlaya bilməyib
Maqsud Hüseynli (qılıncoynatma, kişilər, sablya) – qrup mərhələsini adlaya bilməyib
Ayxan Xasıyev (qılıncoynatma, kişilər, sablya) – qrup mərhələsini adlaya bilməyib
Regina Meftahətdinova (atıcılıq, qadınlar, skit) – təsnifat mərhələsində 18-ci yer
Nurlana Cəfərova (atıcılıq, qadınlar, skit) – təsnifat mərhələsində 26-cı yer
Məhəbbət Hümbətov (muaytay, kişilər, 71 kq) – 1/4 finalı adlaya bilməyib
26 iyun
Şəhla Allahverdiyeva (boks, qadınlar, 66 kq) – 1/8 finalı adlaya bilməyib
Məsud Yusifzadə (boks, kişilər, 51 kq) – 1/8 finalı adlaya bilməyib
Taleh Süleymanov (taekvondo, kişilər, 87 kq) – 1/8 finalı adlaya bilməyib
Nigar Nəsirova (atıcılıq, qadınlar, tapança, 25 m) – təsnifat mərhələsində 25-ci yer
Xəyal Əliyev (muaytay, kişilər, 67 kq) – Bürünc medal
Aysun Dərvişova (muaytay, qadınlar, 57 kq) – Bürünc medal
Emiliya Rzayeva (muaytay, qadınlar, 63,5 kq) – Bürünc medal
27 iyun
Aynur Rzayeva (boks, qadınlar, 75 kq) – 1/8 finalı adlaya bilməyib
Anaxanım İsmayılova (boks, qadınlar, 50 kq) – 1/8 finalı adlaya bilməyib
Yaylagül Ramazanova (kamandan oxatma, qadınlar, fərdi yarışlar) – 1/32 finalı adlaya bilməyib
Kənan Əliyev (qılıncoynatma, kişilər, şpaqa, fərdi yarışlar) – 1/64 finalı adlaya bilməyib
Barat Quliyev (qılıncoynatma, kişilər, şpaqa, fərdi yarışlar) – qrup mərhələsini adlaya bilməyib
Ruslan Həsənov (qılıncoynatma, kişilər, şpaqa, fərdi yarışlar) – 1/32 finalı adlaya bilməyib
Anna Başta (qılıncoynatma, qadınlar, sablya, fərdi yarışlar) – 1/16 finalı adlaya bilməyib
Valeriya Bolşakova (qılıncoynatma, qadınlar, sablya, fərdi yarışlar) – 1/16 finalı adlaya bilməyib
Səbinə Kərimova (qılıncoynatma, qadınlar, sablya, fərdi yarışlar) – 1/8 finalı adlaya bilməyib
Palina Kaspiaroviç (qılıncoynatma, qadınlar, sablya, fərdi yarışlar) – qrup mərhələsini adlaya bilməyib
Regina Meftəhəddinova, Nurlana Cəfərova, Sevda Nəcəfova (atıcılıq, skit, qadınlar, komanda yarışları) – 4-cü yer
Ruslan Lunyov, Nigar Nəsirova (atıcılıq, tapança, 25 m, qarışıq komandalar) – təsnifat mərhələsində 9-cu yer
28 iyun
Rostislav Pevtsov (triatlon, kişilər) – 6-cı yer
Era Məftuha, Keyşa Fatimə Zəhra (badminton, qadınlar, cütlər) – qrup mərhələsini adlaya bilməyib
Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev (Kişilər, sablya, komanda yarışları) – 13-cü yer
Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni (badminton, kişilər, cütlər) – qrup mərhələsini adlaya bilməyib
Sərxan Əliyev (boks, kişilər, 71 kq) – 1/4 finalı adlaya bilməyib
Məhsəti Həmzəyeva-Ağamalıyeva (boks, qadınlar, 57 kq) – 1/4 finalı adlaya bilməyib
29 iyun
Ruslan Lunyov (atıcılıq, kişilər, tapança, 25 m) – təsnifat mərhələsində 6-cı yer
Ülviyyə Eyvazova (atıcılıq, qadınlar, trap) – təsnifat mərhələsində 27-ci yer
Aydan Camalova (atıcılıq, qadınlar, trap) – təsnifat mərhələsində 19-cu yer
Edi Reski Dviçayo (badminton, kişilər, fərdi yarışlar) – 1/8 finalı adlaya bilməyib
Keyşa Fatimə Zəhra (badminton, qadınlar, fərdi yarışlar) – 1/8 finalı adlaya bilməyib
30 iyun
Ruslan Lunyov (atıcılıq, kişilər, tapança, 25 m) – yarımfinal “dördlüy”ündə 4-cü yer
Ülviyyə Eyvazova (atıcılıq, qadınlar, trap) – təsnifat mərhələsində 29-cu yer
Aydan Camalova (atıcılıq, qadınlar, trap) – təsnifat mərhələsində 15-ci yer
Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev (qılıncoynatma, kişilər, şpaqa, komanda yarışı) – 1/16 finalı adıaya bilməyib
Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova (qılıncoynatma, qadınlar, sablya, komanda yarışı) – 6-cı yer
Elşad Şahbazov (kikboksinq, kişilər, 86 kq) – 1/4 finalı adlaya bilməyib
Murad Allahverdiyev (boks, kişilər, 80 kq) – Bürünc medal
1 iyul
Fərid Ağamoğlanov (kikboksinq, kişilər, 63,5 kq) – Finala yüksəlib
Çimərlik futbolu yığması (Vaqif Şirinbəyov, Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov, Kamran Qürbətov)– 5-ci yer
Cüdo yığması (Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova) – 1/8 finalı adlaya bilməyib
2 iyul
Fərid Ağamoğlanov (kikboksinq, kişilər, full kontakt, 63,5 kq) – Qızıl medal
Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rafixanova (atıcılıq, qadın komandalar, trap) – təsnifat mərhələsində 5-ci yer
Məhəmməd Abdullayev (boks, kişilər, +92 kq) – Gümüş medal