Avropa Oyunlarında bu gün yarışacaq idmançılarımız

Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.

Milletinsesi.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri 4 idman növündə mübarizə aparacaq.

Üç karateçimiz və eyni sayda Yunan-Roma güləşçimiz yarışa start verəcək. Bundan başqa, boksçu Alfonso Dominqes qızıl medal qazanmaq üçün final döyüşünə çıxacaq. Gimnastımız İvan Tixonov yarışlara bu gün qoşulacaq.

Karate

10:20. Kişilər, kata

Roman Heydərov

Qadınlar, 68 kq

12:00.İrina Zaretska – Silviya Semeraro (İtaliya)

12:20.İrina Zaretska – Alize Aqier (Fransa)

12:35.İrina Zaretska – Miroslava Kopunova (Slovakiya)

Kişilər, 84 kq

13:30.Asiman Qurbanlı – Tirol Darnel Lardi (Hollandiya)

13:50.Asiman Qurbanlı – Conatan Horne (Almaniya)

14:05.Asiman Qurbanlı – Alparslan Yamanoğlu (Türkiyə)

Yunan-Roma güləşi

12:20. 87 kq, 1/8 final

İslam Abbasov – Nikolay Dobrev (Serbiya)

13:00. 97 kq, 1/8 final

Orxan Nuriyev – Daniel Qastl (Avstriya)

13:10. 130 kq, 1/8 final

Sabah Şəriəti – Ante Milkoviç (Xorvatiya)

İdman gimnastikası

15:00. Kişilər, çoxnövçülük

İvan Tixonov


Boks

18:55. 81 kq, final

Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya)

 

Qol.az
 

Share: