Avropa Qrenlandiyanı ABŞ-a təhvil verməyə razılaşa bilər – Bloomberg

Avropa Qrenlandiyanı ABŞ-a təhvil verməyə razılaşa bilər – Bloomberg

Avropanın Vaşinqtonu sakitləşdirmək üçün Qrenlandiyanın ABŞ-a verilməsinə razılıq verə bilməsi riski var.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Blomberg” agentliyi İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edən yüksək rütbəli məmura istinadən məkumat yayıb.

Nəşrin mənbəsinə görə, Avropada bir çoxları “İkinci Dünya Müharibəsindən sonrakı nizamın başa çatdığını və Trampın torpaqları ələ keçirməsinin qlobal siyasəti yenidən formalaşdıracağı” ilə razılaşır. Avropa liderlərinin “Ağ Evi sakitləşdirmək üçün daha bir səylə” Qrenlandiyadan imtina etməyə razılaşa biləcəyindən narahatlığını ifadə edib.

Bloomberg həmçinin qeyd edib ki, Avropa rəsmiləri ABŞ-ın dəstəyini itirməsindən və Vaşinqtonun dostluqdan düşmənçiliyə nə qədər tez keçməsindən məəttəl qalıblar. Onlardan bəziləri “heç bir məntiqə uyğun gəlməyən daim dəyişən təhdid və tələblərə necə cavab verməli olduqlarını” başa düşmədiklərini etiraf etdilər”, – agentlik əlavə edib.

Share: