Avropa Rusiyaya sanksiyalarla bağlı razılığa gələ bilmir

Avropa Rusiyaya sanksiyalarla bağlı razılığa gələ bilmir

Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı növbəti sanksiyalarla bağlı razılığa gələ bilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb

 

Bildirilir ki, iştirakçı ölkələrin səfirləri Brüsseldə keçirilən görüşdə doqquzuncu sanksiyalar paketini təsdiqləməyiblər .

 

Radionun məlumatına görə, məsləhətləşmələr həftəsonu baş tutacaq və səfirlərin növbəti görüşü dekabrın 12-nə, bazar ertəsi gününə planlaşdırılıb.

 

Nəşr qeyd edir ki, razılığın olmamasının səbəblərindən biri sanksiyaların doqquzuncu paketi layihəsi üçün təklif olunan çoxlu istisnalardır. 

 

Polşanın Avropa İttifaqındakı səfiri Anjey Sadoş danışıqların indiyədək dalana dirəndiyini bildirib.

 

Akif İsmayılov 

Mənbə

Share: