Avropa və MDB ölkələrinin huquqşünasları Bakıda toplaşdı

Avropa və MDB ölkələrinin huquqşünasları Bakıda toplaşdı

Bu gün Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə – hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Milletinsesi.az xəbər verir ki, assosiasiyanın prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov çıxış edib. O tədbirin mahiyyətindən danışıb.

Daha sonra hüquq elmləri doktoru Xanlar Ələkbərov çıxış edib. X.Ələkbərov ədalət mühakiməsinin elektron tərəzisi barədə məlumat verib.

Bildirib ki, bu elektron hüquq tərəzisindən hər bir hakim rahat şəkildə istifadə edə biləcək.

Konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri respublikanın tanınmış hüquqşünasları, eləcə də MDB, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları iştirak ediblər.

Share: