Avropada dəyəri milyonlarla qiymətləndirilən mal-mülk – Əhmədzadə ailəsinə məxsusdur…

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin oğlu və hazırda Mərkəzi Bankın sədri vəzifəsini icra edən Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə evli olan Cümə Əhmədzadə Avropada dəyəri milyonlarla qiymətləndirilən mal-mülkə sahibdir. 

XəzərNews.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin obyektivinə tuş gələn Cümə Əhmədzadənin Azərbaycanla yanaşı, Türkiyə, İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır ki, C.Əhmədzadə Çexiyada 3-cü şirkətini də açıb:

“Cümə Əhmədzadə bir neçə gün əvvəl, daha dəqiqi dekabrın 1-də Çexiyanın Budyonovsk Regional Məhkəməsində RESORT HURKA S.R.O şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki, ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də Resort Hůrka s.r.o.-ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir”.

Əziz oxucu, indi buyur Cümə Əhmədzadənin şirkətlərini yalnız aşağıdakı fotolarda seyr et:

Share: