
Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan həddindən artıq isti təsirindən ölüb.
Milletinsesi.az xəbər verir ki, bu barədə London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin araşdırmasında deyilir.
Araşdırma Qərbi Avropanın çox hissəsinin – İspaniyada 40°C-dən çox isti hava dalğası ilə üzləşdiyi və Fransada meşə yanğınlarının davam etdiyi iyulun 2-dək başa çatan 10 günlük dövrü əhatə edir. Qurbanların ümumi sayından elm adamları 1500-ə yaxın ölümü birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirirlər: qlobal istiləşmə istiləri daha təhlükəli edib.