Avropada karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində İspaniyanın bir sıra bölgələrində insanların sayı məhdud olmaqla, hovuzlar və çimərliklər açılıb.
Bu barədə “Komsomolskaya Pravda” xəbər verib.
Bildirilir ki, insanlar iki metrlik məsafəni gözləməlidirlər. Kinoteatrlarzallarınmaksimum 1/3 hissəsinin dolması şərtilə açılır. Eyni zamanda, ölkədə ticarət mərkəzləri vərestoranların da fəaliyyəti bərpa edilir.
İtaliyada iyunun 3-dən sakinlərin ölkə daxilində hərəkətinə icazə verilir. Həmçinin, uçuşların da bərpa ediləcəyi qeyd olunur.
Kino və teatrların fəaliyyətinə icazə verilən Estoniyada kiçik həcmli tədbirlərin (konsert, konfrans, festival) həm açıq havada, həm də qapalı məkanlarda keçirilməsi mümkün olacaq. Ölkədə restoran və barlar məhdudiyyətsiz işləyəcək.
Finlandiyada isə bu gündən etibarən muzeylər və kitabxanalar, opera zalları, hovuzlar, fitnes mərkəzləri fəaliyyətlərini yenidən bərpa edirlər. Finlandiyalılara 50 nəfərlik qruplar şəklində toplaşmağa icazə verilir. Eyni zamanda, hökumət 70 yaşından yuxarı şəxslərə hələlik digər insanlarla təmasdan çəkinməyi tövsiyə edir./oxu.az