Bu ilin iyul ayında Avropada qazın 1000 kubmetrinin TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə orta qiyməti 336 ABŞ dolları təşkil edib, bu da iyun ay ilə müqayisədə 8% azdır.
Milletinsesi.az xəbər verir ki, illik müqayisədə (ötən ilinin iyul ayı ilə müqayisədə – red.) cari ilin iyul ayında Avropada qaz 5,4 dəfə ucuzlaşıb.
Qeyd edək ki, bu ilin iyun ayında Avropada qazın 1000 kubometrinin TTF indeksi üzrə orta qiyməti təqribən 365 dollar, 2022-ci ilin iyul ayında isə 1 807 dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.