Avropada qazın qiyməti 800 dollardan aşağı düşdü

Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dollardan aşağı düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə hərrac məlumatlarında qeyd edilib.

 

Qazın qiyməti 16 fevral 2022-ci ildən bəri ilk dəfə bu səviyyəyə çatıb. Niderlandın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 791,3 dollara düşüb.

 

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

 

Akif İsmayılov

Mənbə

Share: