“Avropanın dəyişən təhlükəsizlik sistemində Azərbaycan və Türkiyə böyük önəmə sahibdir”.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyə Cümhuriyyət bayramı ilə bağlı keçirilən tədbirdə deyib.
“Diplomatik münasibətlərimizin 30-cu ilində tarixi Şuşa Bəyannaməsi hədəfləri istiqamətində çalışmağa davam edirik. Birgə ticarətimiz beş milyard dolların üstündədir. Türkiyə bütün sahələrdə – dövlət və özəl sektorda daima Azərbaycana dəstəkdir”, – deyə səfir əlavə edib.