Avropaya daxil olan rusların sayı 30% artıb 

Rəsmi Moskva səfərbərlik elan etdikdən sonra Avropa İttifaqına (Aİ) daxil olan rusların sayı artıb

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının sərhəd agentliyi olan “Frontex” məlumat yayıb.

 

Qeyd olunur ki, son bir həftədə 66 minə yaxın Rusiya vətəndaşı Aİ-yə daxil olub, bu da əvvəlki həftə ilə müqayisədə 30%-dən çoxdur. 

 

Rusların əksəriyyəti Finlandiya və Estoniya vasitəsilə İttifaqın sərhədlərinə daxil olub.

 

Agentlik bildirib ki, Rusiya sərhədi bağlasa, qeyri-qanuni keçidlər arta bilər.

 

Akif İsmayılov 

Mənbə

Share: