Avstraliya imtina etdi, Fransa 90 milyard itirdi – Səbəb

Avstraliya Fransanın “Naval Qrup” şirkətiylə imzaladığı sualtı qayıqlarla bağlı olan razılaşmadan çıxıb.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı Avstraliya Baş naziri Skot Morrison yayıb.

“Atom sualtı qayıqları texnologiyalarının reallaşdırılması Avstraliyanın “Attack” sinifinə aid ənənəvi sualtı qayıqlar proqramını davam etdirməyəcəyi anlamına gəlir. Hökumət “Naval Qrup” şirkətinə, Fransa hökumətinə və “Lokhid Martin”ə bütün səylərinə görə minnətdarlığını çatdırır. Regional təhlükəsizlik dəyişikliklərinin sürətlənməsi ənənəvi sualtı qayıqları faydasız edir”, – deyə o bildirib.

Qeyd edək ki, dünən ABŞ, Britaniya və Avstraliya AUKUS adlanan alyansın yaradılması haqqında müqavilə imzalayıblar. Bunun sayəsində Avstraliya Fransa ilə 90 milyardlıq sualtı qayıq layihəsindən imtina edib. Kanberra bunun yerinə ABŞ və Britaniya ilə atom sualtı qayıqlarının yaradılmasına başlayıb.

Share: