Avstraliya sərhədləri bağlayır

Avstraliya koronavirus epidemiyasının qarşısını almaq məqsədilə xarici vətəndaşlar və ölkədə daim yaşamayan şəxslərin üçün sərhədləri bağlayır”.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Skott Morrison elan edib.

O bildirib ki, Avstraliyada qeydə alınan yoluxma hallarının təxminən 80 faizi ölkə xaricində qeydə alınıb.

Qərar martın 20-dən başlayaraq qüvvəyə minəcək.

Qeyd edək ki, bu günədək Avstraliyada koronavirus infeksiyasına 636 yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib.

Share: