Avstraliyada ekstazidən müalicə üçün istifadəyə icazə verilib

Avstraliya dünyada posttravmatik pozğunluq və depressiyanın müalicəsi üçün psixoaktiv maddələrdən istifadəni leqallaşdıran ilk ölkə olub.

Bu barədə Avstraliya Müalicəvi Mallar İdarəsi (TGA) məlumat yayıb.

Qeyd edilib ki, lisenziya alan psixiatrlar iyulun 1-dən tərkibində metilendioksi-metamfetamin (ekstazi) və ya psilosibin olan dərmanlar təyin edə bilərlər.

Ancaq digər hallarda bu maddələr qadağan edilən narkotik maddələr sayılır.

Mənbə

Share: