Avstraliyada minlərlə dəvə helikopterlə vurulub öldürüləcək – Çox su içdikləri üçün

Avstraliyada 4 aydır söndürülə bilməyən yanğınlarda ölənlərin sayı artıq 26-ya çatıb. Yanğın nəticəsində 2 mindən çox ev məhv olub. Ölkənin şimalında yağışların başlaması ilə qismən yanğın nəzarət altına alınsa da, 130 aktiv yanğından 69-u hələ də nəzarətsizdir və mütəxəssislər bildiriblər ki, yağışlardan sonra küləyin təsiri ilə 2 ayrı bölgədəki yanğınlar birləşərək “meqa yanğına” çevrilə bilər.

Milletinsesi.az xarici mediaya istinadən xəbər verir ki, bunun qarşısını almaq üçün atılacaq addımlardan biri dəvələrin öldürülməsi olacaq. Belə ki, 10 mindən çox dəvə çox su içmələrinin qarşısını almaq üçün helikopterlə vurularaq öldürüləcək. Bildirilib ki, əməliyyat peşəkar nişancılar tərəfindən aparılacaq.

Ölkədə təxmini sayı 1,2 milyon olan dəvələrin sayını nəzarət altına alacaq bu əməliyyat 5 gün davam edəcək.

Qeyd edək ki, sentyabrda başlayan yanğınların bu günə qədərki maddiyyatı 13 milyon dollar olub. Yanğınsöndürmə və heyvanları xilasetmə əməliyyatları üçün dünya miqyasında yardım kampaniyaları başladılıb və fərqli ölkələrdən Avstraliyaya baytar heyətləri göndərilir. Yanğın nəticəsində ümumilikdə 500 milyon məməli heyvan, quş və sürünəni öldürən yanğınlar bir çox heyvan növünü tamamilə Yer üzüdən silib.

Share: