Avstriya Rusiyanın yeni qaz ödənişi üzrə şərtlərini qəbul edib.
Axar.az xəbər verir ki, bunu Avstriya kansleri Karl Nehammer deyib.
“Putin bizə qazın təhlükəsiz şəkildə çatacağına təminat verdi”, – o bildirib.
Qeyd edək ki, Rusiya rublla ödəniş tələbindən imtina etdiyi üçün bu gündən Polşa və Bolqarıstanın qaz təchizatını dayandırıb.